Moskvada mitinq qarşıdurmaya çevrildi, saxlanılanlar var - Video+Fotolar

DÜNYA
17:35
23 Yanvar 2021
138

Rusiyanın paytaxtı Moskvanın Puşkin meydanında keçirilən aksiyada nümayişçilər ilə polis arasında qarşıdurma olub.

Sabah.az Rusiya KİV-ə istinadən xəbər verir ki, polis aksiya iştirakçıları və çəkiliş aparan jurnalistlərə qarşı zor tətbiq edib.

İlkin məlumata görə, insident nəticəsində bir neçə nəfər yaralanaraq meydandan çıxarılıb.

Mitinqə qoşulan Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya az öncə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qeyd edək ki, polis tərəfindən saxlanılanların sayı minə yaxındır. Hazırda nümayişlər davam edir. Etirazçıların sayının 4 minə yaxın olduğu bildirilir.

Xəbər lenti