5-9-cu siniflərdə əyani dərslər nə vaxt başlayacaq?

TƏHSİL
12:15
22 Yanvar 2021
269

“Fevralın 1-dən sonrakı iki həftə ərzində 5-9-cu siniflərdə dərslərin qismən bərpa olunması üçün qərarların verilməsi nəzərdə tutulur”.

Sabah.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, bu, ölkədə COVID-19 virusuna yoluxma statistikasından asılı olacaq.

Nazir bildirib ki, 5-9-cu siniflər və orta təhsilin digər səviyyələri ilə bağlı qərarlar fevralın 8-də və ya 15-də verilə bilər. Burada tarix yoluxma statistikasından asılı olaraq dəyişəcək.

Xəbər lenti