Bayden ABŞ-a gələnlərə yeni tələblər qoydu

DÜNYA
09:43
22 Yanvar 2021
87

ABŞ Prezidenti Co Bayden ölkəyə gələnlərlə bağlı yeni qaydaları elan edib.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ-a gələnlər koronavirusla əlaqədar olaraq test verməklə yanaşı, karantinə alınacaqlar.

“Yeni ştammın meydana gəlməsi səbəbindən digər ölkələrdən ABŞ-a gələnlər maska taxmaq, test verməklə yanaşı, karantinə alınacaqlar”, - deyə Bayden bildirib.

Amerikalı lider karantin müddətinin nə qədər olacağı və qaydaların nə vaxtdan tətbiqə başlanacağı barədə hələ ki heç bir açıqlama verməyib.

Xəbər lenti