Bu ölkədə də koronavirusun yeni ştammı aşkarlandı

DÜNYA
10:29
19 Yanvar 2021
69

Mərakeşin Səhiyyə Nazirliyi ölkə ərazisində koronavirusun yeni ştammına ilk yoluxma halını qeydə alıb.

Sabah.az “Maghreb Arabe Presse” informasiya agentliyinə istinadən xəbər verir ki, ştamm Tanjer şəhərindəki limanda İrlandiyadan gələn mərakeşlidə aşkar olunub. İnfeksiyaya yoluxmuş şəxsdə heç bir simptom müşahidə olunmur. O, Kasablankadadır, təcrid olunub. Yoluxmuş şəxsin müalicəsi Mərakeşdəki sanitar protokola uyğun olaraq həyata keçirilir.

Yanvarın 18-nə olan məlumata əsasən, Mərakeşdə pandemiya başladığı vaxtdan indiyədək koronavirusa yoluxanların sayı 460 mini ötüb, 7 977 xəstə dünyasını dəyişib, 435 mindən çox pasiyent sağalıb.

Yanvarın 7-də Mərakeş hökuməti ilk dəfə 2020-ci il martın 20-də tətbiq olunmuş fövqəladə sanitar vəziyyət rejiminin müddətini onuncu dəfə uzadıb. O, fevralın 10-dək qüvvədə olacaq.

Xəbər lenti