Ermənistanın səhiyyə naziri istefa verdi

DÜNYA
14:18
18 Yanvar 2021
115

Ermənistanın səhiyyə naziri Arsen Torosyan istefa verib.

Sabah.az "Sputnik Erməntan"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda Səhiyyə naziri Arsen Torosyan istefa ərizəsi yazdığı bildirilib.

Qeyd edək ki, Ermənistan mətbuatında müharibədən sonra A.Torosyanla Baş nazir Nikol Paşinyan aralarında fikir ayrılığı yarandığı və bu səbəbdən istefa etdiyi ilə bağlı xəbərlər yayılıb. İddialara görə, Paşinyanla komandası arasındakı görüş zamanı Torosyan rəhbərlikdəki uğursuzluqdan və müharibədəki məğlubiyyətdən sonra baş nazirin istefa etməli olduğunu söyləyib.

Həmçinin ölkə mediasının yazdığı məlumata görə, A.Torosyan Eduard Ağacanyanın yerinə hökumət aparatının rəhbəri təyin ediləcək və onun yerinə “Mənim Addımım” blokundan millət vəkili Narek Zeynalyan təyin olunacaq.

Xəbər lenti