Çavuşoğlu Qarabağdakı Birgə Mərkəzdən danışdı

DÜNYA
17:45
15 Yanvar 2021
53

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistan səfəri sonrası ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Sabah.az xəbər verir ki, ABŞ, Avropa Birliyi, Yunanıstan, Çin, Liviya və Körfəz ölkələri ilə münasibətləri qiymətləndirən Çavuşoğlu Qarabağda qurulacaq Ortaq Müşahidə Mərkəzinin harada yerləşəcəyinə dair sualı da cavablandırıb.

“Ortaq Müşahidə Mərkəzi üçün yer müəyyənləşdirilib, konteynerlər gətirilib və tikinti başladılıb. İlkin mərhələdə 60 türk və 60 rus hərbçisinin olacağı bir mərkəz qurulur. Bu mərkəz Ağdamda, təmas xəttindən təxminən 8 km uzaqlıqda yerləşəcək. Azərbaycanlılar da məmnundur. Əsgərlərimiz də yola düşməyə başlayıb. Sözügedən yer böyük bir qərargah deyil, müşahidə mərkəzi olacaq. Gələcəkdə ehtiyac olarsa, Azərbaycanla ikili razılaşma edərək, lazım olan dəstəyi hər zaman verə bilərik. Ayrıca olaraq biz Qarabağda Rusiya sülhməramlı kontingentinin statusuna dair razılaşma imzalanması üçün Rusiyanı da təşviq edirik”,- deyə Çavuşoğlu qeyd edib.

Xəbər lenti

17:06 27 Fevral 2021
14:42 27 Fevral 2021
13:11 27 Fevral 2021
12:11 27 Fevral 2021