Koronavirusdan ölənlərin sayı 2 milyonu keçdi

DÜNYA
11:02
15 Yanvar 2021
55

Dünyada koronavirusdan ölənlərin sayı 2 milyonu keçib.

Sabah.az "worldometers"ə istinadən xəbər verir ki, bununla koronavirusdan ölənlərin sayı 2 milyon 002  min 642-ə çatıb.

Məlumata əsasən, virusa yoluxanların sayı 93 milyon 545 min 150, xəstəlikdən sağalanların sayı isə 66 milyon 845  min 955 nəfərdir.

Qeyd edək ki, ölüm və yoluxma hallarının sayına görə ilk yerdə ABŞ qərarlaşıb. Belə ki, ştatlar üzrə bu günə qədər 23 milyon 848 min 410 yoluxma faktı,  397 min 994 ölüm halı qeydə alınıb.

ABŞ-dan sonra virusa yoluxma üzrə ilk beşlikdə yer alan ölkələr: Hindistan (10,528,508), Braziliya (8,326,115), Rusiya (3,495,816) və İspaniya (3,260,258).

Xəbər lenti