Yutub da Trampın hesabını dondurdu

DÜNYA
10:49
13 Yanvar 2021
101

Feysbuk və tvitter platformalarından sonra yutub da ABŞ-ın hazırkı Prezidenti Donald Trampın hesabını bloklayıb.

Sabah.az xəbər verir ki, platforma Trampın Konqresə hücum hadisələrində şiddəti təhrik etdiyi üçün belə addım atıldığını açıqlayıb.

Bildirilib ki, ölkə başçısının hesabındakı sonuncu video silinib, eyni zamanda, 7 gün müddətində video yerləşdirmək və onlayn translyasiya imkanları məhdudlaşdırılıb.

Qeyd edək ki, prezidentin hesabında 2,77 milyon abunəçisi var.

Xəbər lenti