Milyarder Şeldon Adelson vəfat etdi

DÜNYA
17:57
12 Yanvar 2021
71

Milyarder və “Las Vegas Sands”ın qurucusu Şeldon Adelson vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə “Las Vegas Sands” şirkətinin saytında məlumat verilib.

Qan xərçəngindən əziyyət çəkən Ş.Adelson 88 yaşında vəfat edib.

Qeyd edək ki, Ş.Adelson Las Veqasda kazino maqnatı və hazırkı ABŞ prezidenti Donald Tramp da daxil olmaqla Respublikaçı siyasətçilərin əsas sponsorlarından biri olub. Ş.Adelson 2015-ci ildən bəri Respublikaçı namizədlərə 250 milyon dollardan çox ianə edib.