Boris Conson nişanlandı - Foto

DÜNYA
23:17
29 Fevral 2020
126

Böyük Britaniyanın Baş Naziri Boris Conson nişanlanıb.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, 55 yaşlı siyasətçi sevgilisi Kerri Saymondsla həyatını birləşdirib.

“Baş nazir və xanım Saymonds nişanlarını açıq elan etməkdən məmnundurlar və yazın əvvəlində bir körpə gözləyirlər", - deyə cütlüyün nümayəndələri bildiriblər.

Mənbədə 31 yaşlı Kerri Saymondsun ilk dəfə ana olacağı da qeyd olunub.

Xəbər lenti