Bu ölkədə də koronavirus aşkarlandı

DÜNYA
21:54
29 Fevral 2020
171

Ekvadorda ilk dəfə koronavirusa (Kovid-19) yoluxma halı qeydə alınıb.

Sabah.az xəbər xarici KİV-ə verir ki, bu barədə Ekvadorun Səhiyyə naziri Katalina Andramuno Sebayos məlumat verib.

"Görülən tədbirlərə baxmayaraq, digər 54 ölkədə olduğu kimi, virus ölkəmizə də gəldi. Ekvadorda koronavirus infeksiyası ilə bağlı ilk təsdiqlənmiş faktı bildirmək məcburiyyətindəyik", - deyə nazir qeyd edib.

O bildirib ki, virusa yoluxan şəxs fevralın 14-də İspaniyadan gələn ekvadorludur. Həmin şəxs ölkəyə gəldikdə onda xəstəlik əlamətləri olmayıb, amma sonrakı günlərdə özünü pis hiss edib.

Xəbər lenti