Trampdan 12 saatlıq qadağadan sonra ilk paylaşım

DÜNYA
10:06
8 Yanvar 2021
79

ABŞ prezidenti Donald Tramp 12 saatlıq qadağadan sonra Tvitter hesabında ilk paylaşımını edib.

Sabah.az xəbər verir ki, Tramp öz səhifəsində Vaşinqtondakı iğtişaşları pisləyən bir videomüraciət paylaşıb və diqqətini yaxın gələcəkdə hakimiyyətin Cozef Baydenə ötürülməsi prosesinə yönəldəcəyini bildirib.

Onun sözlərinə görə, qanunu pozan hər kəs məsuliyyətə cəlb ediləcək: "Bu, dəhşətli hücum idi. Bütün amerikalılar kimi mən də qanunsuzluğa, zorakılığa və xaosa qəzəbləndim. Qanunu pozan hər kəs məsuliyyətə cəlb ediləcək".

Qeyd edək ki, çərşənbə günü Vaşinqtonda baş verən iğtişaşlardan sonra ABŞ-ın hazırkı prezidenti azı 12 saat müddətinə Tviterdə yazmaq imkanından məhrum edilib. O, həmçinin səlahiyyət müddətinin sonunacan Feysbuk və İnstaqramda da paylaşım edə bilməyəcək. Bu sosial şəbəkələrin ardınca Tviç və Snapçat da Trampın akkauntlarını bloklayıb.

Xəbər lenti