Təhsillə bağlı yeni qərar - Şəhadətnamə tələb olunmayacaq
Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.
Sabah.az xəbər verir ki, bu barədə qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Dəyişikliyə əsasən, ümumtəhsil məktəbinin X sinfinə qəbul üçün əsas sənəd şəhadətnamə yox, ümumi orta təhsil haqqında attestat hesab edilir.
Bildirilir ki, eyni zamanda tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil olunur. Təmayül sinifləri şagirdlərinin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.
Daha çox