ABŞ və "Taliban" arasında sülh sazişi imzalandı - Foto

DÜNYA
18:38
29 Fevral 2020
126

Amerika Birləşmiş Ştatları (ABŞ) və "Taliban" barışıq sazişi imzalayıb.

Sabah.az “TRT Haber”ə istinadən xəbər verir ki, “Əfqanıstana barış gətirmə anlaşması” adlandırılan sazişə Qətərin paytaxtı Dohada qol çəkilib. Sözügedən şəhər iki il ABŞ və "Taliban" arasındakı görüşlərə ev sahibliyi edəcək.

Bildirilir ki, anlaşmanı ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və "Taliban" liderinin müavini, siyasi nümayəndəliyinin rəhbəri Molla Abdulqəni Baradar imzalayıblar.

Əfqanıstanda 19 ildir davam edən döyüşəri bitirəcək anlaşmaya görə, ABŞ 135 gün içində Əfqanıstandakı hərbçilərinin sayını 8600 nəfərə qədər azaldacaq. “Taliban” sazişə əməl edərsə, ABŞ və müttəfiqləri 14 ay içində əsgərlərini bu ölkədən tamamilə çıxaracaq.


Xəbər lenti