Yeni virus İranda da aşkarlandı

DÜNYA
15:20
5 Yanvar 2021
83

İranda ilk dəfə koronavirusun mutasiyaya uğramış SARS-CoV-2 növünə yoluxma faktı qeydə alınıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Səid Neməki dövlət televiziyasına açıqlamasında bildirib.

O, virusun İngiltərədən gələn İran vətəndaşında aşkar edildiyini açıqlayıb. Nazir xəstənin karantinə alındığını, vəziyyətinin yaxşı olduğunu qeyd edib.

Bundan əlavə, İrandan Böyük Britaniyaya gediş-gəliş qadağası 19 yanvara qədər uzadılıb.

Xəbər lenti