Koronavirusun yeni ştammı Gürcüstanda da aşkarlandı

DÜNYA
18:08
4 Yanvar 2021
88

Gürcüstanda koronavirusun yeni ştammına ilk yoluxma halı təsdiqlənib.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Yoluxan şəxs 50 yaşdan yuxarı kişidir, hazırkı vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. O, cəmiyyətdən təcrid olunub.

Xatırladaq ki, Böyük Britaniyada koronavirusun sürətlə yayılan mutasiya etmiş variantının aşkarlanması barədə ilk dəfə dekabrın 20-də ölkənin baş həkimi Kris Yutti və hökumətin Tibbi məsələlər üzrə baş məsləhətçisi Patrik Vellans mətbuat konfransında bildirmişdi.

Mütəxəsisilər bəyan etmişdi ki, koronavirusun sözügedən yeni variantı inanılmaz dərəcədə sürətlə yayılır.

Virusun yeni variantının, ilkin təxminlərə görə, əvvəlki ilə müqayisədə 70 faiz daha çox yoluxucu olduğu deyilsə də, öldürücü təsiri barədə heç bir fikir irəli sürülməyib.

Xəbər lenti