Şagirdlərin yerdəyişməsi yenidən dayandırılacaq

TƏHSİL
12:00
4 Yanvar 2021
68

8 yanvar saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq. Səbəb II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Təhsil Nazirliyindən Sabah.az-a verilən xəbərə görə, portalda mövcud sorğuların tamamlanması  prosesi 13 yanvar saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.

Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti