Ermənistan Futbol Federasiyasının sabiq prezidenti saxlanıldı
Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyan zorla polis bölməsinə aparılıb.
Sabah.az xəbər verir ki, bu barədə xəbəri onun vəkili Amram Makinyan yayıb.
O bildirib ki, federasiyanın sabiq rəhbəri maskalı polis əməkdaşları tərəfindən saxlanılıb. Vəkilin sözlərinə görə, bu addım əsassız şəkildə edilib.
Qeyd edək ki, R.Ayrapetyanın silah-sursatların qanunsuz saxlamasında şübhəli bilindiyi iddia olunur.
Daha çox