Çindən Türkiyəyə koronavirus peyvəndi gətirildi

DÜNYA
09:46
30 Dekabr 2020
59

Türkiyənin Çindən aldığı koronavirus peyvəndi Ankaraya gətirilib.

Sabah.az xəbər verir ki, Çin istehsalı olan “Sinovac” peyvəndlərini daşıyan Türk Hava Yollarına məxsus “TK 6175” uçuş nömrəli “Boeing 777” tipli təyyarə 05:44 radələrində Esenboğa Hava Limanına eniş edib.

Peyvənd konteynerləri Pekindən gələr-gəlməz  anbarlara yerləşdirilməyə başlayıb.

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl açıqlamışdı ki, Çinlə bağladıqları müqaviləyə əsasən, Türkiyəyə 50 milyon vaksin gətiriləcək. Dövlət başçısı ilkin mərhələdə 4,5 milyon doza peyvəndin çatdırılacağını bildirmişdi.

Xəbər lenti