“Sabah Soçidə Lavrovla Qarabağı da müzakirə edəcəyik” - Çavuşoğlu

DÜNYA
15:57
28 Dekabr 2020
94

“Sabah Soçidə rusiyalı həmkarım Sergey Lavrovla görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsini də müzakirə edəcəyik”.

Sabah.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yaradılmasına dair memorandumun imzalandığını xatırladan nazir qeyd edib ki, Birgə Mərkəzin vəzifəsi və fəaliyyəti də müzakirə olunacaq.

Onun sözlərinə görə, Cənubi Qafqazda atəşkəs və davamlı sülh BMT, ATƏT-in müvafiq qərarlarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyi çərçivəsində olmalıdır.

Türkiyə XİN başçısı bildirib ki, regional məsələlərdə, o cümlədən Suriya və Liviyada fərqli mövqelərdə olsalar da Rusiya ilə əməkdaşlıqları davam edir.

Xəbər lenti