“Türkiyə S-400 məsələsində ədalətsizliklə üzləşdi”

DÜNYA
15:50
23 Dekabr 2020
79

“Türkiyənin sanksiya və böhtanlara boyun əyməyəcək ölkə olduğunu artıq hər kəs dərk etməlidir”.

Sabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə Ədalət və İnkişaf Partiyasının qrup iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələn ildən etibarən Türkiyə ABŞ və Avropa İttifaqı ilə münasibətlərində yeni bir səhifə açmağı arzulayır.

“Türkiyə həm Şərqi Aralıq dənizi, həm də S-400 məsələsində haqq etmədiyi ədalətsizliklə üzləşdi”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydenin də Türkiyə-ABŞ əlaqələrinə lazım olan dəstəyi verəcəyinə inandığını vurğulayıb: “Bizə sarı bir addım gələnə, biz qaçaraq getdik və gedəcəyik”.

Xəbər lenti