Bir aya 200 mindən çox əcnəbi gəlib

TURİZM
23:58
28 Fevral 2020
76

2020-ci ilin yanvar ayında Azərbaycana dünyanın 136 ölkəsindən 226,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Sabah.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, gələnlərin sayı 2019-cu ilin yanvar ayı ilə müqayisədə 18,1 faiz çoxdur.

2020-ci ilin yanvar ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 85,2 milyon manat təşkil edib.

Xəbər lenti