Daha 35 erməni hərbçinin meyiti tapıldı

DÜNYA
14:20
18 Dekabr 2020
111

Füzuli, Cəbrayıl və Hadrut istiqamətində daha 35 erməni hərbçinin meyiti tapılıb.

Sabah.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu günə qədər 969 itkinin cəsədi tapılıb.

Qeyd olunub ki, Füzuli, Cəbrayıl və Hadrutda axtarış işləri davam etdirilir.

Axtarışda itkin düşən əsgərlərin yaxınları və əraziyə bələd olan könüllülər iştirak edir.

Xatırladaq ki, dekabrın 11-də Ermənistan Səhiyyə Nazirliyi 2 996 hərbçi cəsədinin məhkəmə-tibbi ekspertizasının keçirildiyini bildirmişdi.

Xəbər lenti