Paşinyan MDB dövlət başçılarının sammitinə qatılmayıb

DÜNYA
13:24
18 Dekabr 2020
99

Ermənistan Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində iştirak etməyib.

Sabah.az xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Mane Gevorqyan deyib.

Mətbuat katibi bildirib ki, Baş nazirin sammitə qatılmamasının səbəbi onun atasının dəfni ilə əlaqədardır.

Qeyd edək ki, Nikol Paşinyanın atası Vova Paşinyan uzun sürən xəstəlikdən sonra dekabrın 16-da vəfat edib.

Xəbər lenti