“Müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq”

DÜNYA
13:01
17 Dekabr 2020
161

“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya monitorinq mərkəzi Ağdamda yerləşəcək”.

Sabah.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "TV24" kanalına müsahibəsində deyib.

“Müşahidə məntəqələri Dağlıq Qarabağ bölgəsinə çox yaxın nöqtələrdə yerləşəcək. Bizim Rusiya ilə imzaladığımız memorandumda açıq şəkildə göstərilib ki, müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq. Ev sahibi haranı göstərirsə, müşahidə nöqtələri orada olmalıdır”, - deyə Türkiyə XİN başçısı qeyd edib. 

Xəbər lenti