“Bu şəxslərin maska taxmasına ehtiyac yoxdur” - Qərargah üzvü
"Bizim xəstəxanaların və tibb personalının maska və ya spirt çatışmazlığı problemi yoxdur. Amma bütün respublikanın maska və tibbi spirtlə təminatı bizim səlahiyyətimizdə deyil".
Sabah.az APA-ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in İşçi Qrupun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, təkcə koronavirusa aid deyil, bütün respirator xəstəliklərdə xəstə adam maska taxmalıdır:
"Sağlam adamın isə maska taxmasına ehtiyac yoxdur. Bu maskalar o qədər qoruyucu deyil. Xəstə adam maska taxmalıdır ki, virusun yayılmasının qarşısını alır. Xəstəxanalarda tibb işçiləri üçün qoruyuculuğu yüksək olan xüsusi maskalar var, bu isə apteklərdə satılmır".
Daha çox