15-dən çox şəhid övladı məşhur məktəbdə pulsuz oxuyacaq - Fotolar

TƏHSİL
16:41
12 Dekabr 2020
2005

Bu ildən etibarən İkinci Qarabağ Müharibəsində şəhid olan 15-dən çox hərbçimizin övladı “Bakı Oksford Məktəbi”ndə pulsuz təhsil alacaqlar.

Sabah.az xəbər verir ki, şəhid övladlarının “Bakı Oksford Məktəbi”ndə pulsuz təhsili müəssisənin rəhbərliyinin şəxsi təşəbbüsü ilə baş tutub.

Qeyd edək ki, artıq Tovuz döyüşləri zamanı şəhid olan general-mayor Polad Həşimovun oğlu Teymur Həşimov “Bakı Oksford Məktəbi”nin 6-cı sinfində, Aprel döyüşlərində şəhid olan, “Murov Qartal"ı kimi tanınan şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu isə 9-cu sinfində təhsil alır.

Eyni zamanda bu ildən etibarən Azərbaycanın ilk qadın şəhidi, tibb bacısı Arəstə Baxışovanın övladları Mərdan və Zəhra, döyüşlərə könüllü yollanan şəhid Denis Əliyevin qızı Alina və Hadrutda şəhid olan Teymur Abbaslının iki övladı Feyruz və Siruz Abbaslı da “Bakı Oksford Məktəbi”ndə pulsuz təhsil alır.

Şəhid Teymur Abbaslının anası Başxanım Abbaslı deyir ki, oğlunun ən böyük arzusu övladlarının yaxşı təhsil alması olub:

“Allah insanların xəyallarını müxtəlif yollarla gerçəkləşdirir. Nəvələrimə də yol bu şəkildə açıldı. Oğlum övladlarına söz vermişdi ki, "Oksford məktəbində oxuyacaqsınız, sonra sizi xaricdə oxumağa göndərəcəyəm". Nəvəm Feyruz televiziya verilişlərinin birində danışarkən, atasının onu Oksford məktəbinə göndərmək istədiyini, amma bu günü görə bilmədiyini açıqlamışdı. Məktəbin rəhbərliyi də bu proqramı izləyib. Onlar bizimlə əlaqə quraraq, uşaqlarımızı məktəblərinə qəbul edəcəklərini söylədilər”.

“Bakı Oksford Məktəbi”ndə təhsil alan bütün şəhid övladlarını təqdim edirik:

1. Nihad Raquf oğlu Oruclu - 9-cu sinif şagirdi. Atası, polkovnik-leytenant Raquf İbrahim oğlu Orucov 2016-cı ilin aprel döyüşlərində şəhid olub.

2. Qəmər Fikrət qızı Məmmədzadə - 5-ci sinif şagirdi. Atası, kapitan Fikrət Akif oğlu Məmmədov 28 may 2014-cü il tarixində Ermənistan tərəfinin atəşkəsi pozması nəticəsində Füzuli rayonunda şəhid olub.

3. Teymur Polad oğlu Həşimov - 6-cı sinif şagirdi. Atası, general-mayor Polad İsrail oğlu Həşimov 2020-ci ilin iyul ayında Tovuz istiqamətindəki döyüşlərdə şəhid olub.

4. Əli Ramid oğlu Hacızadə - 3-cü sinif şagirdi. Atası, mayor Ramid Nəriman oğlu Hacıyev Talış kəndində Vətən müharibəsində şəhid olub.

5. Dəniz Ramid qızı Hacızadə - 1-ci sinif şagirdi. Atası, mayor Ramid Nəriman oğlu Hacıyev Talış kəndində Vətən müharibəsində şəhid olub.

 

6. Yağmur Ramid qızı Hacızadə - 1-ci sinif şagirdi. Atası Ramid Nəriman oğlu Hacıyev Talış kəndində Vətən müharibəsində şəhid olub.

7. Mərdan Ziya oğlu Məmmədli - 6-cı sinif şagirdi. Anası, hərbi həkim Arəstə Kərim qızı Baxışova Qubadlıda şəhid olub.

8. Zəhra Ziya qızı Məmmədli - 4-cü sinif şagirdi. Anası, hərbi həkim Arəstə Kərim qızı Baxışova Qubadlıda şəhid olub.

9. İnci Rəşad qızı Quliyeva - 1-ci sinif şagirdi. Atası, polkovnik-leytenant Rəşad Rəşid oğlu Quliyev Cəbrayılda şəhid olub.

10. Dərya Rəşad qızı Quliyeva - 1-ci sinif şagirdi. Atası, polkovnik-leytenant Rəşad Rəşid oğlu Quliyev Cəbrayılda şəhid olub.

11. Nurgül Nurlan qızı Həsənova - hazırlıq şöbəsi. Atası, könüllü Nurlan Həsənov Vətən Müharibəsində şəhid olub.

12. Alina Denisovna Alieva - 4-cü sinif şagirdi. Atası Denis Aleksandroviç Əliyev, oktyabrın 8-də Füzulidə şəhid olub.

13. Feyruz Teymur oğlu Abbaslı - 4-cü sinif şagirdi. Atası, leytenant Teymur Feyruz oğlu Abbasov oktyabrın 12-də Hadrutda şəhid olub.

14. Siruz Teymur oğlu Abbaslı - 3-cü sinif şagirdi. Atası, leytenant Teymur Feyruz oğlu Abbasov oktyabrın 12-də Hadrutda şəhid olub.

Daha iki şəhid övladı isə yanvar ayından təhsil almağa başlayacaq.

Xəbər lenti