“44 günlük mübarizədə Türkiyə anbaan Azərbaycanın yanında oldu"

DÜNYA
14:16
11 Dekabr 2020
142

"Qarabağ zəfərini gətirən 44 günlük mübarizə boyunca Türkiyə anbaan Azərbaycanın yanında oldu. Mən davamlı olaraq şəxsən prosesi izlədim”.

Sabah.az “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Başda xarici işlər naziri, milli müdafiə naziri və Milli Kəşfiyyat Təşkilatının başçısı olmaqla bütün dostlarım mütəmadi əlaqədə idilər. Bundan əlavə, digər heyətlərimizin oraya gediş və gəlişləri ilə prosesi yaxından izlədik. Qardaşım İlham Əliyevlə daim telefon danışıqlarımız oldu. Dostlarımız davamlı olaraq cəbhədə və masada mübarizə apardılar. Bu 44 günün pərdə arxasının yazılacağına əminəm. Zaman bunun ciddi şahidi olacaqdır”, - deyə Ərdoğan vurğulayıb.

Xəbər lenti