Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

DÜNYA
09:52
9 Dekabr 2020
151

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təntənəli Zəfər paradında iştirak etmək üçün bu gün Azərbaycana gələcək.

Sabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasından bildirilib.

Məlumatda qeyd olunur ki, Türkiyə lideri Azərbaycanda iki gün olacaq. Onun Bakıya səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə gerçəkləşəcək.

İki ölkənin lideri "Bir millət, iki dövlət" şüarı ilə dekabrın 10-da keçiriləcək Zəfər Paradında iştirak edəcək.

Səfər çərçivəsində atəşkəsin izlənilməsi və nəzarət edilməsi üçün yaradılan Türkiyə-Rusiya mərkəzi ilə bağlı son vəziyyəti də müzakirə edəcəklər. Birgə mərkəz üçün fəaliyyət istiqamətlərindən danışılacaq. Danışıqlar zamanı Türkiyə və Azərbaycanın birlikdə atacağı addımlara dair qiymətləndirmələr aparılacaq.

Xəbər lenti