Çin Aya bayrağını sancan 3-cü ölkə oldu

DÜNYA
15:00
5 Dekabr 2020
104

Çinin Aya "Chang'e 5" missiyası çərçivəsində Ay səthinə ilk dəfə həmin ölkənin milli bayrağı sancılıb.

Sabah.az xəbər verir ki, bununla Çin ABŞ və SSRİ-dən sonra Aya bayrağını sancan 3-cü ölkə olub. Müvafiq kadrlar Çinin "CGTN" telekanalı tərəfindən yayımlanıb.

"İlk dəfədir ki, Çin fabrikdə istehsal olunan milli bayrağı Ayda nümayiş etdirir", - deyə kanalın açıqlamasında qeyd olunub.

1 dekabrda aya yumşaq eniş edən "Chang'e 5" missiyasını tamamlayaraq 3 dekabrda Ay səthindən ayrılıb.

Xəbər lenti