“1 milyon 500 min şagird var, bu qədər kompüter heç satışda yoxdur”
“Ölkədə 1 milyon 500 min şagird var. Amma Azərbaycan bazarında heç bu qədər sayda kompüter satışda yoxdur. Biz şagirdlərin hamısını kompüterlə təmin etsək belə, problem həll olunmayacaq. Əksinə daha ciddi problemlər yaranacaq”.
Sabah.az xəbər verir ki bunu təhsil naziri Emin Əmrullayev dərslərin təşkilindəki problemlərdən danışarkən bildirib.
O qeyd edib ki, “1 şagird, 1 kompüter” sistemi tətbiq olunan ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələr də təhsil sahəsində elə ciddi uğurlar əldə etməyiblər. Ona görə də ictimai müzakirəyə açıq olmalıyıq ki, düzgün strategiya seçək.
“Biz birinci gündən başa düşürdük ki, kompüter və internet problemləri olacaq. Ona görə də teledərslər modelini seçdik. Zaman az olsa da, teledərslər daha əlçatandır və orada ən bacarıqlı müəllimlər dərs deyir. Problem interaktivliklə bağlıdır, yəni şagirdlər suallarını rahat verə bilmirlər. Bakı və Sumqayıt kimi iri şəhərlərdə təxminən 74-75 % təhsilalanı qeydiyyatdan keçirib onlayn təhsilə cəlb edə bilmişik. Yerdə qalanlar bizim üçün də problemdir”, - nazir bildirib.
Daha çox