Türkiyə 22 şəhid verdi, Ərdoğan təcili toplantı çağırdı - Yenilənib

DÜNYA
01:35
28 Fevral 2020
132

Suriyanın İdlib vilayətində Türkiyə ordusunun 9 hərbçisi şəhid olub.

Sabah.az xəbər verir ki, bu barədə bunu Hatay valisi Rahmi Doğan məlumat verib.

Bildirilib ki, əsgərlər Bəşər Əsəd qüvvələrinin hava hücumu nəticəsində həlak olublar. R. Doğanun sözlərinə görə, ağır yaralanan hərbçilər də var və onlar Türkiyə ərazisinə gətirilib, müalicə olunurlar.

Mətbuatda yazılanlara görə, hadisədən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada təcili toplantı keçirir. İclasda Müdafiə naziri Hulusi Akar, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan və Xarici işlər naziri Mövlud Çavuşoğlu iştirak edir.

*** 

Hatay valisi Rahmi Doğan daha sonra canlı yayımda açıqlama verərək bildirib ki, hücum nəticəsində şəhid olan hərbçilərin sayı 22-yə çatıb.

Xəbər lenti