Virusa görə “Semaşko”da yatanların sayı açıqlandı

SƏHİYYƏ
18:01
4 Fevral 2020
69

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Çindən Bakıya gəlib xəstəxanada yatan şəxslərlə bağlı məlumat yayıb.

Sabah.az-a daxil olan məlumata görə, bu gün üçün KTM-in (1 saylı Kliniki Tibbi Mərkəz-"Semaşko") yoluxucu xəstəliklər şöbəsinə 6 nəfər yerləşdirilib.

Çində təhsil alan 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı. Hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq.

Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaqlar.

Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı. Sərhəd keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub. Hazırda həkimlər tərəfindən müayinə edilir, ona lazımı yardım göstərilir.

Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı. Hərarəti normaldır heç bir şikayəti yoxdur. Karantin müddəti bitənə qədər müayinə olunacaq.

Pekində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (qız) hərarəti normaldır heç bir şikayəti yoxdur.

Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul və Moskva şəhərlərindən gəliblər.

Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə, o karantin müddəti bitdiyindən bu gün evinə buraxılır. Səhhətində heç bir problem yoxdur.

Xəbər lenti