Ukraynada Leninin heykəli hərraca çıxarıldı

DÜNYA
00:24
28 Fevral 2020
106

Ukraynada Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin heykəli satışa çıxarılıb.

Sabah.az rus mətbuatına istinadən xəbər verir ki, bu, Çerniqov vilayətində reallaşıb.

Bildirilib ki, Leninin abidəsi hərracda 15,2 min dollara satılıb. Həmin məbləğin abadlıq işləri üçün xərclənəcəyi deyilir.

Qeyd olunub ki, 2015-ci ildə Ukraynada qüvvəyə minən qanunda bu ölkədə Sovet simvollarının təbliği və istifadəsinə qadağa qoyulmasını nəzərdə tutur.

Xəbər lenti