“Ermənicə-Azərbaycanca lüğət” çap edildi - İlk dəfə
Azərbaycanda ilk dəfə 975 səhifədən ibarət olan “Ermənicə-Azərbaycanca lüğət” çap edilib.
Sabah.az “Report”a istinadən xəbər verir ki, Strateji Kommunikasiya Mərkəzinin sifarişi əsasında hazırlanmış “Ermənicə-Azərbaycanca Lüğət”in tərtibçilərindən biri Bakı Dövlət Universiteti Tarix fakültəsinin Erməni araşdırmaları elmi-tədqiqat və tədris Mərkəzinin böyük elmi isçisi İsmayıl Aslan oğlu Tanrıverdidir.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə nəşr olunmuş “Ermənicə-Azərbaycanca Lüğət” 975 səhifədən ibarətdir və 70 000 - 75 000 söz birləşmələrini əhatə edir.
Daha çox