Gürcüstanda daha 11 nəfər xəstəxanaya yerləşdirildi - Virus şübhəsi

DÜNYA
21:47
27 Fevral 2020
107

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə daha 11 şəxs yerləşdirilib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bu barədə xəstəxanadan məlumat verilib.

Bildirilib ki, hazırda bu cür pasiyentlərin ümumi sayı 21 nəfər təşkil edir, 5 şəxslə bağlı müvafiq yoxlama aparılıb və onlarda koronavirus təsdiq olunmayıb.

Digər pasiyentlərlə bağlı araşdırmaların nəticələri bu gün və ya sabah məlum olacaq.