İranın keçmiş səfiri koronavirusdan öldü

DÜNYA
20:17
27 Fevral 2020
135

İrandan daha bir tanınmış şəxs koronavirusa (Kovid-19) yoluxub.

Sabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, qonşu ölkənin Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahidir. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, 81 yaşlı keçmiş səfir Tehranda xəstəxanada müalicə alarkən vəfat edib.

Qeyd edək ki, bundan əvvəl İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi, deputat Mahmud Sadeki və vitse-prezident Məsumə Ebtekar də koronavirusa yoluxub.