Ermənistan Müdafiə Nazirliyində növbəti istefa

DÜNYA
17:27
24 Noyabr 2020
70

Ermənistan müdafiə nazirinin müavini Makar Qambaryan vəzifəsindən istefa verib.

Sabah.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Müdafiə Nazirliyindəki mənbə məlumat verib.

Qeyd edək ki, Qambaryan 2018-ci ilin mayından sözügedən postda təyin olunub.

Xatırladaq ki, daha öncə Ermənistan müdafiə naziri David Tonoyan, müavini Qabriel Balayan, nazirliyin nümayəndəsi Artsrun Hovhannisyan, nazirliyin sözçüsü Şuşan Stepanyan da vəzifələrindən istefa vermişdi.

Xəbər lenti