Roma Papası xəstələndi - Koronavirusla bağlı görüşdən sonra

DÜNYA
19:27
27 Fevral 2020
145

Roma Papası Fransisk koronavirus xəstələrinə dəstək toplantısından sonra xəstələnib.

Sabah.az xəbər verir ki, Vatikan bu səbəbdən Papanın bu günə nəzərdə tutulan bütün görüşlərinin təxirə salındığını açıqlayıb. Məlumatda bildirilib ki, 83 yaşlı Fransisk özündə “yüngül rahatsızlıq” hiss edir. Papanın evində istirahət edəcəyi bildirilib. Xəstəliklə əlaqədar əlavə məlumat verilməyib.

İtaliya mətbuatı isə yazıb ki, ən son görüntüləri zamanı onun tez-tez burnunu silməsi və asqırması diqqət çəkib. Papa koronavirusla bağlı bütün xəbərdarlıqlara baxmayaraq, insanların kütləvi toplaşdığı yerlərdə onlarla görüşmüşdü.

Xəbər lenti