Turizm Agentliyindən müraciət - Koronavirusa görə

TURİZM
19:18
27 Fevral 2020
80

Dövlət Turizm Agentliyi koronavirusla bağlı ölkə vətəndaşlarına və turoperatorlara müraciət edib.

Sabah.az xəbər verir ki, müraciət mətnində deyilir:

“Son günlər dünyanın bir sıra ölkələrində koronavirus (COVID-19) epidemiyasının geniş yayıldığını nəzərə alaraq, vətəndaşlarımıza xaricə səfərlərini planlaşdırarkən mümkün riskləri nəzərə almağı tövsiyə edirik.
 
Xəstəliyə yoluxma və virusun Azərbaycan ərazisinə keçməsi təhlükəsinin qarşısının alınması məqsədilə, vətəndaşlarımıza həmin ölkələrdə epidemoloji vəziyyət sabitləşənədək səfərlərini təxirə salmağı məsləhət görürük.
 
Turoperatorlara tövsiyə edirik ki, koronavirusun yayıldığı ölkələrə getmək arzusunda olan vətəndaşlarımızı səfərin mümkün riskləri barəsində məlumatlandırsınlar”.

Xəbər lenti