“Azərbaycan Ordusunu ittiham etmək yolverilməzdir” - Hulusi Akar

DÜNYA
13:15
21 Noyabr 2020
128

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Avropadan olan bəzi siyasətçilərin Azərbaycan Ordusu ilə bağlı səsləndirdiyi qərəzli açıqlamalara münasibət bildirib.

Sabah.az xəbər verir ki, nazir vurğulayıb ki, Azərbaycan Ordusu Qarabağda beynəlxalq hüquqa zidd heç bir addım atmayıb.

Hulusi Akar qeyd edib ki, bu cür qərəzli danışıqlarla Azərbaycan ordusunu günahlandırıb səhvə yol verilməməlidirlər: “Azərbaycan Ordusunun gördüyü iş 30 ildən bəri işğal altında olan torpaqlarının azad edilməsindən ibarətdir. Bunu hər kəs bilməlidir. Bu cür yanlış fikirlərlə Azərbaycan Ordusunu ittiham etmək yolverilməzdir. İnsanın vətənini qoruması, işğal altındakı torpaqlarını azad etməsi müqəddəs vəzifədir. Azərbaycan Ordusu da bunu etdi. Ancaq Ermənistan Ordusu bütün dünyanın gözü qarşısında Azərbaycanın yaşayış məntəqələrini və şəhərlərini açıq şəkildə bombaladı. Bütün dünya bunu gördü, amma bəziləri hələ də kor, hələ də kardır. Həmin şəxslərin müasirlikdən, insan haqlarından, demokratiya və tərəfsizlikdən danışmağı mümkün deyil”.

Xəbər lenti