Şoyqu və Lavrov Ermənistandadır - Yenilənib

DÜNYA
10:49
21 Noyabr 2020
131

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib.

Sabah.az xəbər verir ki, Ermənistanın Nazirlər Kabinetindən "TASS"a bildirilib ki, hazırda Sergey Şoyqu ilə baş nazir Nikol Paşinyan arasında görüş keçirilir.

Məlumatda həmçinin qeyd olunub ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Baş nazirinin müavinləri Aleksandr Novak və Aleksey Overçukun da İrəvana səfəri gözlənilir.

***

Agentliyin yaydığı məlumata görə, onunla birgə Rusiya xarici işlər naziri Sergey Lavrov da Ermənistanda səfərdədir.

Xəbər lenti