Serj Sarkisyanın həyat yoldaşı koronavirusdan öldü

DÜNYA
17:35
20 Noyabr 2020
218

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan 58 yaşında vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə Sarkisyanın ofisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rita Sarkisyan koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, noyabrın 16-da R.Sarkisyanın koronavirusa yoluxduğu və ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılmışdı. Bir gün sonra Almaniyaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Serj Sarkisyan 2008-2018-ci illərdə Ermənistana rəhbərlik edib.

Xəbər lenti