Ağdamın təhsil statistikası

TƏHSİL
16:18
20 Noyabr 2020
119

İşğaldan azad olunan Ağdam rayonunun təhsil statistikası açıqlanıb.

Sabah.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 1992-1993-cü tədris illərində Ağdamda 99 məktəb fəaliyyət göstərib. Bu illərdə məktəblərdə təhsil alan şagirdlərin sayı 29478, müəllimlərin sayı 2966 nəfər təşkil edib.

2020-2021-ci tədris ilində isə Ağdam rayonunda olan məktəblərin sayı 135-dir. Bu təhsil müəssisələrində şagirdlərin sayı 24608, müəllimlərin sayı isə 2997 nəfər təşkil edib.

Xəbər lenti