Ermənistan müdafiə naziri istefa verdi

DÜNYA
11:57
20 Noyabr 2020
98

Ermənistan müdafiə naziri David Tonoyan istefa verib.

Sabah.az xəbər verir ki, bu barədə “Aravot”  nəşri yazıb.

Yayılan məlumatlara görə, Ermənistan hakimiyyəti hazırda Ermənistan Baş naziri Nikol Paşinyanın müşaviri vəzifəsində çalışan Vaqarşak Arutyunyanı müdafiə naziri təyin etmək istəyir. Hazırda Müdafiə Nazirliyindən rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, son bir neçə gündə Ermənistan Xarici İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin rəhbərləri Zohrab Mnatsakanyan və Feliks Tsolakyan artıq istefaya göndərilib.

Xəbər lenti