“Kəlbəcərdən əhali kütləvi şəkildə Ermənistana gedir” - Zaxarova

DÜNYA
14:53
19 Noyabr 2020
99

“Kəlbəcər rayonundan əhali kütləvi şəkildə Ermənistana gedir”.

Sabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

Rusiya XİN-in rəsmisi bildirib ki, noyabrın 14-dən Dağlıq Qarabağa üç mindən çox insan qayıdıb: “14 noyabrdan etibarən Dağlıq Qarabağa 3 054 nəfər insan qayıdıb. 13 noyabrdan etibarən isə münaqişə tərəfləri arasında 385 cəsəd mübadilə olunub. Bu rəqəm hər iki tərəfi əhatə edir”.

Xəbər lenti