Torpaqlarımızın işğalına rəhbərlik edən erməni general öldü

DÜNYA
10:40
19 Noyabr 2020
55

Ermənistan silahlı qüvvələrinin ehtiyatda olan general-leytenantı, birinci Qarabağ müharibəsinin iştirakçısı Manvel Qriqoryan ölüb.

Sabah.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Xatırladaq ki, general Manvel Qriqoryan Cəbrayılı və Füzulini işğal etmiş erməni ordusunun 5-ci briqadasına rəhbərlik edib. Füzuli rayonunu tamamilə məhz o qarət edib. Cani-general həm də Azərbaycan əsirlərinə münasibətdə xüsusi qəddarlığı ilə fərqlənib.

Xəbər lenti