Ermənistanın yeni xarici işlər naziri təyin edildi

DÜNYA
18:20
18 Noyabr 2020
114

Ara Ayvazyan Ermənistanın xarici işlər naziri vəzifəsinə təyin olunub.

Sabah.az xəbər verir ki, bununla bağlı müvafiq fərman prezident Armen Sarkisyan tərəfindən verilib. Bu haqda prezident aparatının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl XİN rəhbəri olmuş Zöhrab Mnatsakanyan noyabrın 16-da istefa verib.

Xəbər lenti