“Qarabağla bağlı Rusiya ilə əməkdaşlığımız davam edir” - Hulusi

DÜNYA
18:41
17 Noyabr 2020
62

“Ankarada türk və rus hərbi nümayəndə heyətləri arasında Dağlıq Qarabağda atəşkəsdən sonra görüləcək işlər başda olmaqla bir sıra məsələlərin müzakirə olunduğu texniki görüşlər keçirildi. Qarşılıqlı fəaliyyətimiz davam edir”.

Sabah.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

H.Akar Dağlıq Qarabağa dair bəyanatın imzalanmasından sonra Türkiyə və Rusiya Müdafiə Nazirlikləri arasında atəşkəsə nəzarət üzrə Birgə Mərkəzin yaradılması haqda memorandumun imzalandığını xatırladıb.

“Bu, çərçivə sənədidir, altını doldurmaq üçün çalışmaq lazımdır. Bununla bağlı geniş bir texniki heyət Rusiyadan gəldi. Görüşlər keçirdik, qarşılıqlı əməkdaşlığımız davam edir”, - deyə türkiyəli nazir qeyd edib.

Xəbər lenti