Artsrun Hovhannisyanı döydülər

DÜNYA
17:35
17 Noyabr 2020
87

“Noyabrın 9-dan etibarən ünvanıma müxtəlif təhdidlər almışam, lakin əhəmiyyət verməmişəm”.

Sabah.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin (MN) sabiq nümayəndəsi Artsrun Hovannisyan özünün feysbuk hesabında yazıb.

A.Hovhannisyan davamlı təhdidlər aldığını, lakin bunlara cavab vermədiyini və hətta polisə də müraciət etmədiyini bildirib.

"Dünən gecə iki nəfərin hücumuna məruz qaldım. Xoşbəxtlikdən özümü müdafiə edə bildim. Mən heç kimdən qorxmuram və heç kimi düşmən hesab etmirəm”, - deyə Hovhannisyan qeyd edib.

Xatırladaq ki, A.Hovannisyan noyabrın 11-də vəzifədən getdiyini, bundan sonra elmi fəaliyyətlə məşğul olacağını bildirmişdi.

Xəbər lenti